Polis xüsusi əməliyyat keçirdi, 5 nəfər tutuldu
Abşeronda narkotiklərin qanusnuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində növbəti tədbirlər keçiriblər. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.
Əməliyyat zamanı həmin qəsəbədə yaşayan İlqar Niyazov, Faiq Qeybullayev, Azər Məmmədov, Niyazi Kazımov və Sevindik Kərimov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb