Polis hərəkətə keçdi: 12 NƏFƏR TUTULDU
Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısı alınıb, 12 nəfər saxlanılıb. APA TV - nin yerli bürosu xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə xaricdən əldə etdikləri narkotik vasitənin ölkə ərazisində satışını təşkil etmək istəyən Mingəçevir şəhər sakinləri Rövşən Azayev və Samirə Nəcəfli tutulublar. Baxış zamanı, onların olduğu avtomobildən 1 kiloqram 500 qram heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı onların həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdikləri müəyyən edilib. Keçirilən digər əməliyyat nəticəsində daha 10 rayon sakini saxlanılıb və onlardan külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə