Polis hamilə qadına yardım edərək onu xəstəxanaya çatdırıb
Xətai rayonunda hamilə qadına ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən köməklik göstərilməklə onun vaxtında xəstəxanaya çatdırılması təmin edilib.
APA TV xəbər verir ki, qadının həyat yoldaşı əvvəlcə ərazidə xidmət aparan polislərə bu barədə məlumat verib. Dərhal polislər xidməti avtomobillə qadını və onun həyat yoldaşını xəstəxanaya aparıblar. Hal-hazırda ananın vəziyyəti yaxşıdır.
Qeyd edək ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi