Polis faciəvi şəkildə öldü
Goranboyda ölümlə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonu Zeyvə kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Yusif İbrahimov hadisə yerində ölüb. 1991-ci il təvəllüdlü Rəşad Məhərrəmov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, ilkin araşdırmalar nəticəsində Rəşad Məhərrəmovun idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirdiyi və nəticədə avtomobilin aşdığı müəyyən olunub. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib