Polis əməkdaşları sürücülərə 200-dən artıq tibbi spirt, maska və əlcək payladı - MASALLIDA
Masallı Rayon Polis Şöbəsi tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq Masallı Rayon Polis Şöbəsi tərəfindən aksiya təşkil olunub.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, tədbir çərçivəsində Masallı Rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanıb. Vətəndaşlara bir daha gigiyenik qaydalara riayət olunmasının əhəmiyyəti vurğulanıb. Sürücülər də bu aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlıqlarını bildirib.
Eyni zamanda bu tədbirlər Masallı Rayon Polis Şöbəsində də davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
17:21
1023
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1069
Növbəti köç karvanları yola salınıb
13:38
1086
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
939
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1069
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2977