Polis əməkdaşları 50 aztəminatlı ailəyə yardım edib
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun şəxsi heyəti maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə yardım edib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, polis əməkdaşları ümumilikdə 50 ailəyə baş çəkərək onlara müxtəlif ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət bağlamalar təqdim ediblər.
Polis əməkdaşları həmçinin baş çəkdikləri ailələrdə maarifləndirici söhbətlər apararaq onlara karantin qaydalarına riayət etməyi tövsiyə ediblər.
OXŞAR XƏBƏRLƏR
16:28
432
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
537
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2555
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2302
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2292
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1479