Polis Bərdədə əməliyyat keçirdi, oğurluq edən dəstə saxlanılıb
Bərdədə mal-qara oğurluqları edən dəstə saxlanılıb. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qazaxlar, Mehdili, Mustafaağalı, Tumaslı, kəndlərindən ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qara oğurlayan 3 nəfər saxlanılıb. Araşdırmalarla oğurluq əməllərini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini Rövşən Oruczadə onun tanışları Neftçala rayon sakini Atakişi Əliyev və Bərdə rayon sakini Səbuhi Ələsgərov əvvəlcədən əlbir olaraq bir qrup şəxs halında Bərdə, Tərtər və Neftçala rayonlarından müxtəlif vaxtlarda vətəndaşlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvan oğurladıqları məlum olub. Dindirmə zamanı onlar oğurladıqları mal-qaranı satıb əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər. Oğurluq əməlini törətməkdə şübhəli bilinən hər üç şəxs barəsində Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda onların digər analoji cinayət əməllərinin olub-olmadığı araşdırılır. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"