Polis Akademiyasının əməkdaşları IX-X-XI sinif şagirdləri görüşüb
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları, Lənkəran şəhərində "Gənclərin Daxili İşlər Nazirliyi Sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda tədbir keçirib.
APA TV –nin cənub bürosunun verdiyi məlumata görə, akademiya əməkdaşları Lənkəran rayon məktəblərinin IX-X-XI sinif şagirdləri ilə görüşüb. Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi olub.
Ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verilib.
Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandırılıb, akademiyada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.
Sonda Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi