Polis Akademiyasında ulu öndərin xatirəsi anılıb
Ümummilli lider Heydər Əliyevin xatirəsi vəfatının 16-cı ildönümündə Polis Akademiyasında anılıb.
Ulu öndərin akademiyadakı abidəsi önünə əklil qoyulub.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin - o cümlədən polis əməkdaşlarının xatirəsi yad edilib.
Azərbaycanın Dövlət himni səsləndirilib.
Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev məhz ulu öndərin siyasi fəaliyyəti, əzmi sayəsində insan hüquq və azadlıqlarının təminində normativ-hüquqi bazanın yaradıldığını, konstitusiyanın hazırlandığını, cinayətkarlığın qarşısının alınmasında mühüm nəticələr qazanıldığını qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Heydər Əliyevin Azərbaycan tarixinin öyrənilməsi, dilimizin qorunması naminə gördüyü işləri xronoloji ardıcıllıqla sadalayıb.
Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi, general-mayor İlqar Məmmədov ulu öndərin yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin ordu quruculuğumuza mühüm töhfə olduğunu deyib.
Çıxış edənlər Heydər Əliyevin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini bildirib.
Sonra ulu öndərin həyat və fəaliyyətinə həsr olunan sənədli filmə baxılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək