Polis 19 yaşlı Fidanı axtarır
Bakıda 19 yaşlı qız itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər rayonu Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu adlanan ərazidə yaşayan Samir Məmmədov Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək qızı 2003-cü il təvəllüdlü Fidan Məmmədovanın yaşadığı evdən çıxıb və bir daha qayıtmadığı barədə məlumat verib.
F.Məmmədova arıq bədən quruluşludur, boyu 160 santimetrdir. Gözləri şabalıdı, saçları isə uzun və qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində çəhrayı köynək, qara rəngli cins şalvar və ağ idman ayaqqabısı olub.
Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə (012) 456-03-02, (012) 590-72-03 və (050) 222-82-80, (055) 211-81-74, (051) 571-03-71 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib