“Po-moyemu Ana dili günüdür” - BAKIDA 1 AVQUST SORĞUSU

Avqustun 1-i Azərbaycan dili və əlifbası günüdür. APA TV-nin məlumatına görə, ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2003-cü ildə isə Ana dili haqqında qanun qüvvəyə minib. Bəs görəsən şəhər sakinləri bu gün haqqında nə bilir? Sorğudan belə qənaətə gəldik ki, əksəriyyət bu tarix haqqında məlumatsızdır. Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Çünki milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyəri qazanıb. Dilimizin qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR