Limanda yaşlı qadını maşın vurub öldürdü - SÜRÜCÜ QAÇDI
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaşlı qadının ölümünə səbəb olan sürücü hadisə yerindən qaçıb. APA TV-nin məlumata görə, rayonun Liman şəhəri ərazisində Cəlilabad rayon Alar kənd sakini, 28 yaşlı Azər Camalov idarə etdiyi "VAZ 21-07" markalı 44-BN-751 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Balaqız Abdulhüseyn qızı Quliyevanı vuraraq ağır yaralayıb. Sonra isə hadisə yerindən uzaqlaşıb. Ətrafdakıların köməyilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaşlı qadının artıq vəfat etdiyi məlum olub. BDYPİ-nin 11-ci tağımının əməkdaşları sürücünü saxlamağa müvəffəq olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
1022
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
897
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
901
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
894
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
856
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
872