Piyadanı öldürüb qaçan sürücü saxlanıldı - ŞƏMKİRDƏ ƏMƏLİYYAT
Şəmkirdə piyadanı vurub öldürən və hadisə yerindən qaçan şəxs ələ keçib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisəni “VAZ 2106” markalı 32-BA-308 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - 25 yaşlı İsmət Mustafayev törədib: “Əməliyyat tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsini törədən şəxsin Şəmkir rayonu Əliyaqublu kənd sakini Mustafayev İsmət Şükür oğlu olması müəyyən olunub. Eyni zamanda müəyyən olunub ki, İsmət Mustafayev hadisədən sonra avtomobilin şüşəsini və bəzi hissələrini dəyişdirərək məsuliyyətdən yayınmağa çalışıb”.
“Maşını aparıb sahədə istixananın qabağında saxladım. Bir gecə orada qaldı. Səhər gedib yavaş-yavaş düzəltdim. Sonra götürüb qapıya gəldim. Evdə də toy var idi, heç nə demədim”.
Faktla bağlı araşdırmalar davam edir.
Xatırladaq ki, saxlanılan şəxs törətdiyi qəzada 55 yaşlı rayon sakini Telman Şıxməmmədovun həyatına son qoyub.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək