Piyadanı maşın vuraraq öldürdü
Zaqatalada yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb.
APA TV-nin məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Bəhmətli kənd inzibati ərazisində baş verib.
Zaqatala rayonu Yuxarı Tala kənd sakini 1984-cü il təvəllüdlü Muradov İlkin Müntəzir oğlu özünə məxsus "Nissan maxima" markalı 90 OD 311 dövlət qeydiyyat nişanlı avtomaşınla Bəhmətli kəndi istiqamətində hərəkət edərkən həmin kəndin ərazisində yolu keçməyə çalışan 1951-ci il təvəllüdlü Zaqatala rayonu Bəhmətli kənd sakini Muradov İsmayıl Fərhad oğlunu vurub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İlkin Muradov hadisə yerində ölüb.
Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib