Pilotumuzun meyiti Xəzərdən çıxarıldı

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsinin pilotunun meyiti tapılıb. Pilotun qayınatası Qabil Hüseynli APA-ya bildirib ki, Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb. Avqustun 21-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR