Peskov: “Rusiya Krımı heç kimlə, o cümlədən Ukrayna ilə müzakirə etməyəcək”
“Rusiya Krımı heç kimlə, o cümlədən Ukrayna ilə danışıqlarda müzakirə etməyəcək. Krım Rusiya Federasiyasının bir hissəsidir”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Krım Rusiya Federasiyasının bir hissəsidir və bizim konstitusiyamıza görə, biz Rusiya Federasiyasının ərazilərinin, regionlarının taleyini heç kimlə müzakirə edə bilmərik, bundan söhbət gedə bilməz, bizim konstitusiyamızda belə yazılıb”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Rusiya Prezidentinin mətbuat katibi Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr mövzusunu şərh etməyib, danışıqlarla bağlı əlavə məlumat üçün Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski ilə əlaqə saxlamağı məsləhət görüb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ