PDM-lər hədəfləri belə məhv etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə çalışmalar icra edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ümumqoşun poliqonunda keçirilən döyüş atışlı təlimlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları yerinə yetiriblər. Müxtəlif maneələrin dəf edilməsi ilə döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikadan atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasıdır.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər