Paytaxtda velosiped və motosiklet oğurlayan şəxs tutuldu
Abşeron rayonu Qobu qəsəbəsində ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qəsəbə sakini Cavid Mirzəyev tutulub.
Araşdırma zamanı onun evlərin girişlərində və yardımçı otaqlarında saxlanılan 10-a yaxın velosiped oğurladığı məlum olub. Cavid Mirzəyev oğurladığı velosipedləri isə paytaxt ərazisində dəyər-dəyməzinə satıb.
Polis əməkdaşları tərəfindən onun qəsəbədə yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən bir neçəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Cavid Mirzəyev ifadəsində həmçinin paytaxtda “Şamaxinka” adlanan ərazidən bir ədəd motosiklet oğurladığını bildirib.
Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi