Paytaxtda narkotik satan silahlı şəxs tutuldu
Paytaxtda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonunda həyata keçirilən əməliyyat zamanı Asif Süleymanov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 12 qram heroin aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evə baxış keçirən polis əməkdaşları oradan əlavə 2 kiloqram heroin, müvafiq sənədləri olmayan 1 ədəd “Dragon” markalı vinçester tipli ov tüfəngi və həmin silaha aid 11 ədəd patron aşkar edərək götürüblər.
Asif Süleymanov ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə Biləsuvar rayonunda aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı