Pay torpağında “plantasiya” saldı - SALYANDA ƏMƏLİYYAT

Pay torpağında “plantasiya” saldı - SALYANDA ƏMƏLİYYAT

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, polis narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin narkotik bitkiləri kultivasiya yolu ilə yetişdirdiyinə görə, Marışlı kənd sakini, 37 yaşlı Daşqın Əliyevi şübhəli şəxs qismində saxlayıb.

 

Ona məxsus pay torpağına baxış keçirilib. Baxış zamanı pay torpağında aqrotexniki qaydada becərilmiş 62 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

İlkin dindirilmə zamanı məlum olub ki, Daşqın Əliyev çətənə kollarını əkib-becərmək üçün ərazidə necə deyərlər, bütün “infrastrukturu” yaradıb. Yatacaq, qaz balonu, kolları suvarmaq üçün quyu. “İstifadəyə hazır olan” narkotiki satmaq üçün tərəzi gətirməyi də unutmayıb. Polis tərəfindən müsadirə olunan 2,5-3 metr hündürlüyündə çətənə kolları hal şahidlərinin iştirakı ilə kökündən çıxarılaraq qablaşdırılıb və digər istifadə olunan əşyalarla birlikdə maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR