Paşinyanın oğlunu kimlər döyübmüş? - Sağatelyan hədələyir
“Müxalifət yaxın vaxtlarda küçə yürüşlərinə başlayacaq.”
Bunu “Ermənistan” fraksiyasının deputatı, Ermənistan parlamentinin keçmiş vitse-spikeri İşxan Sağatelyan deyib. O əlavə edib ki, artıq partiya seçkilərə hazırlaşır.
“Müxaliflər birləşməlidirlər və hakimiyyətdən qurtulmalıyıq. Müxalifət küçə mübarizəsindən əl çəkməməlidir. Biz bu vəziyyətə dözmək fikrində deyilik və növbəti seçkilərə hazırlaşırıq, çünki növbəti seçkilərə qədər ölkəmizdən heç nə qalmayacaq”.
Parlamentin sədri Alen Simonyana və Baş nazir Nikol Paşinyanın oğluna hücumla da fikir bildirən siyasətçi qeyd edib ki, baş verən hadisələr “Hayastan” fraksiyasının deputatı Mher Saakyanın həbsi ilə əlaqəlidir. Ermənistanda qanunlar qüvvədə olsaydı, siyasi, hüquqi nəticələr də olardı və Nikol Paşinyan, Alen Simonyan və onun hakimiyyəti xalqın başına gətirilən fəlakətə görə həbsxanaya düşərdi – deyə müxalif deputat əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib