Paşinyanın deputatı hədələdi: “Qulağınızı kəsərəm”
Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovannisyan diqqət çəkən açıqlamalar verib. O, Ombudsman postuna müxalifətdən namizəd olan Edqar Kazaryanın bəyanatına sərt şəkildə reaksiya verib.Deputat erməni xalqını “Azərbaycan-Türkiyə qrupu” adlandıranların dilini kəsəcəklərini bəyan edib.
“Sən kimsən, ara? Xalqımıza bir növ “Azərbaycan-Türkiyə qrupu” deməyə cəsarət edənin dilini kəsərik. Sizinlə bir yerdə bunu deyən hər kəsin dilini kəsəcəyik. Hamı başa düşdü?”, - "Vətəndaş müqaviləsi" fraksiyasının katibi qeyd edib.Parlamentinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taqui Tovmasyan isə Ovannisyanın iradını hədə kimi qəbul edib."Bunu təhdid kimi qəbul edin. Əgər kimsə bizim xalqa nəsə desə, mən də onun dilini və qulaqlarını kəsəcəyəm", - Hovhannisyan bildirib. Qeyd edək ki, Kazaryan Parlamentin İnsan hüquqları və ictimai məsələlər daimi komissiyasının növbədənkənar iclasında 2018-ci ildə Ermənistanda “Azərbaycan-Türkiyə inqilabı”nın baş verdiyini deyib.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı