Paşinyandan Naxçıvanla bağlı açıqlama
“Azərbaycan Naxçıvan Muxtar Respublikasına dəmiryolu və avtomobil yolu vasitəsilə kommunikasiya xətti əldə edəcək”.
APA TV xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan MDB ölkələrinin toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, yaxın gələcəkdə Azərbaycanla regional kommunikasiyaların açılmasında konkret nəticələr əldə edəcəyinə ümid edir. Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası və delİmitasiyasında Rusiyanın və digər beynəlxalq partnorların da dəstəyinin olacağına ümid etdiyini vurğulayıb:
“Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərindən ibarət üçtərəfli qrup nəqliyyat kommunikasiyalarının açılması üzərində işləyir və biz yaxın gələcəkdə konkret nəticələr əldə edəcəyimizə ümid edirik. Bu o deməkdir ki, biz Azərbaycan ərazisindən Rusiya Federasiyası ilə dəmir yolu və avtomobil, İranla dəmiryolu xəttinə çıxış alacağıq. Bununla da Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu və avtomobil yolu əldə edəcək”, - deyə Nikol Paşinyan bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib