Paşinyan və xanımı karantinə alındı - KORONAVİRUS ŞÜBHƏSİ İLƏ
Ermənistanın Baş Naziri Nikol Paşinyan və xanımı koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantindədirlər.
APA TV-nin "Armradio"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş Naziri "Facebook"da canlı yayım edərkən deyib. O bildirib ki, sabah yoxlanışdan keçəcək. Baş Nazirin Sevandakı iqamətgahında olduğu bildirilib.
Karantinin səbəbi onun xanımının ötən həftə Braziliya Prezidentinin xanımı ilə görüşməsi ilə əlaqədardır.
Qeyd edək ki, bu gün Braziliya mətbuatı Prezident Jair Bolsonarunun koronavirusa yoluxması barədə məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR
17:21
1157
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1201
Növbəti köç karvanları yola salınıb
13:38
1213
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
952
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1084
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2992