Paşinyan qaçacaq, siyasi sığınacaq alacaq - Erməni politoloq
“Əgər Rusiya Ukrayna cəbhəsində uğur qazansa, Ermənistanın daxili siyasi həyatında vəziyyət dəyişəcək. Müəyyən bir fiqurun hakimiyyətdə qalmaqla bağlı problemləri olacaq, siyasi sığınacaq almağa ehtiyac yaranacaq. Hazırki hakimiyyət gələcək siyasi sığınacaq məsələsini artıq həll etməyə çalışır.Axar.az-ın məlumatına görə, bunu erməni politoloq Armen Badalyan deyib.“İndi müəyyən addımlar atılır ki, bu da sonrakı sığınacaq üçün Qərbə bir növ avans ödənişi sayılmalıdır. Buna ilk növbədə Ermənistanın Avropa Birliyinə müşahidə missiyası göndərilməsi ilə bağlı müraciətidir. Hakimiyyət orqanlarının bu cür hərəkətlərinə sonradan parlamentdə ratifikasiya edilməli olan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna dair Konstitusiya Məhkəməsinin qərarı da daxil edilməlidir”, - o bildirib.
Badalyan vurğulayıb ki, Rusiya da cavab verməkdə gecikmir:
“Ermənistandan idxal edilən süd məhsullarının keyfiyyəti ilə bağlı Rusiya tərəfinin qəfil aşkarladığı problemlər yalnız ilk əlamətdir. Növbəti mərhələdə Ermənistandan qeyri-qanuni miqrasiya problemi qaldırılacaq. Rusiyanın bir sıra fiqurları Ermənistan hakimiyyətinə qarşı indiyədək müşahidə olunmayan sərt bəyanatlara əl atırlar. Bu bəyanatlar Ermənistanda gələcək proseslərin xəbərçisidir”.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı