Paşinyan: “Ermənistan ordusunda “beşinci kolon” var”
Azərbaycanla hərbi əməliyyatlar gedən günlərdə yüksək rütbəli zabitlərin özlərinin panika yaratdığı hallar olub.
APA "Sputnik Armenia"ya istinadən məlumat yayıb ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə “Hökumət saatı”nda çıxışı zamanı deyib.
O, ordu sıralarında “beşinci kolon”un olduğunu təkrarlayıb: “44 günlük müharibə ilə bağlı açılan cinayət işlərinin bir hissəsi komandirlərin ağır nəticələrə səbəb olan məsuliyyətsizliyi, digərləri isə onların birbaşa sabotajı ilə bağlıdır”.
O, komandirlərə qanunsuz addımlar atmağa icazə vermədiyini, bəzi komandirlərin digər yerlərdən bu barədə göstəriş aldıqlarını iddia edib.
Müharibə ilə bağlı yaradılmış parlament komissiyasının sədri Andranik Koçaryana müraciət edən Paşinyan bütün satqınlıq və sabotaj hallarının üzə çıxarılacağına ümidini ifadə edib.
OXŞAR XƏBƏRLƏR
19:48
330
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
311
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
406
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
18:44
1181
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
1085
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
1302