Paşinyan erməniləri yenidən meydanlara səslədi - CANLI YAYIMDA

Ermənistanın baş naziri Nikol Paşinyan öz "facebook" səhifəsində erməni xalqını 17 avqust saat 18:30 radələrində yenidən meydanlara çıxmağa çağırıb.

 

APA TV-nin erməni mətbuatına istinadən xəbərinə  görə, o, xalqla uzun müddətdir görüşmədiyi üçün darıxdığını qeyd edib və onları İrəvanın mərkəzində görmək istədiyini vurğulayıb:

 

"Ən əsası, mənim fikrimcə, son 100 gün ərzində Ermənistanda nə baş verib və nə baş verəcək?" - deyə N.Paşinyan qeyd edib.

 

Mitinqin əsas səbəbi kimi N.Paşinyanın hakimiyyətə gəlişinin 100 günlüyünün qeyd edilməsi göstərilir və baş nazir gələcəyini "parlaq" gördüyü Ermənistan barədə fikir mübadiləsi aparmaq istəyir.

 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə N.Paşinyanı sərt şəkildə tənqid edib və vurğulayıb ki, onun siyasəti Ermənistanda köhnə hakimiyyətlə yeni hakimiyyət arasında dərin uçurum yaradır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR