Paşinyan devrilsə, nələr olar? - Vitse-spiker planlarını açıqladı
“Deyirlər ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsa, müharibə olacaq. Sizi aldadırlar”.
Bunu Ermənistan parlamentinin müxalif vitse-spikeri İşxan Saqatelyan bu gün Fransa meydanında keçirilən mitinq zamanı yerli mediaya deyib. O bildirib ki, Paşinyan hakimiyyətdə qalsa, Azərbaycanın və Türkiyənin dediklərinə tabe olacaq.
İşxan Saqatelyan indiki hökumətin devrilməsindən sonra nə baş verəcəyi ilə bağlı suala isə belə cavab verib:
“Nikol vəzifəsindən kənarlaşdırıldıqdan sonra milli razılıq hökuməti yaradılacaq. Bu hökumət müvəqqəti olacaq. Bir partiyanın və ya bir nəfərin hökuməti olmayacaq. Bu, “Daşnaksütyun”, Ermənistan Respublika Partiyası, Köçəryan və ya başqasının hökuməti olmayacaq. Bu, xalqın bacarıqlı qüvvələrindən ibarət milli hökumət olacaq”.
İşxan Saqatelyan yaxın günlərdə etiraz aksiyalarını dayandırmaq fikrində olmadıqlarını da bildirib.
Fuad Sadıqov
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ