Parlamentdə şəhid ailələrinin statusuna yenidən baxılması təklif olunub
“Gəncədən olan 30 yaxın şəhid övladı bizə müraciət edərək onların imtiyazlarına düzəlişlərin edilməsini təklif edib”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, qanunvericiliyə əsasən şəhid övladları 18 yaşına kimi, təhsillə vəziyyəti ilə bağlı isə 23 yaşına qədər dövlətin himayəsində olurlar: “18 yaşından sonra şəhid övladının şəhid ailəsi statusu ləğv edilir. Bir qayda olaraq Azərbaycan mentalitetində valideynlər ömürlərinin sonuna qədər öz övladlarını həm maddi, həm də mənəvi olaraq himayə edirlər. Düşünürəm ki, şəhid övladlarının himayədarı Azərbaycan dövlətidir”.
Deputat bildirib ki, şəhidin varisi olan həyat yoldaşı və ya anası vəfat etdikdə onun ev növbəliliyi ləğv olunur: “Bu hüquq şəhid qardaşı və ya bacısına keçmir. Bu məsələnin öz həllini tapması dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısını daha da möhkəmləndirib, təkmilləşdirəcək.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi