Parlamentdə 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması təklif olunub
“2022-ci ildə dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulub”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.
Azərbaycanın 2021-ci ildə 173 milyon 271 min barel neft ixrac etdiyini nəzərə çatdıran deputat bildirib ki, bu gün fərqli proseslər gedir: "Bu gün Brent markalı neftin qiyməti 123 dollara gəlib çatıb. Buna görə də büdcəyə yenidən baxmaq artıq zərurətə çevrilib. Bu istiqamətdə konkret addımlar atılmasının vaxtı gəlib çatıb. Xüsusilə də biz 2 il ərzində azad olunmuş torpaqlarımızın bərpasına 4,4 milyard manat vəsait ayırmışıqsa, neftin qiymətində bu kəskin artımı nəzərə alaraq, azad olunmuş ərazilərə daha çox vəsait ayrılmasına ehtiyac var. Müdafiə, təhlükəsizlik xərcləri artan xətlə getməlidir. Nə qədər ki, Ermənistanda revanşist qüvvələr var, hərbi və təhlükəsizliklə bağlı xərclər çox olmalıdır”.
ELMAN NƏSİROV - DEPUTAT
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi