Parlament hesabatı bəyənməzsə, nazirlər istefa verməlidir - Qüdrət Həsənquliyev
“Heç bir qanunda hesabatlara mənfi rəy verilərsə, bunun hansı nəticələrə gətirib çıxaracağı bilinmir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, məsələn, Nazirlər Kabinetinin hesabatını Milli Məclis qənaətbəxş hesab etməzsə, bunun hansı hüquqi nəticələr doğuracağı bilinmir: “Mən hesab edirəm ki, hesabata mənfi rəy verilən zaman Nazirlər Kabineti bütövlükdə istefa verməlidir. Bizim komitələrdə nazirliklərin fəaliyyətləri ilə bağlı nazirlərlə də dinləmələr keçirilir. Hətta əgər nazirlərin hesabatı, fəaliyyəti də dinləmə zamanı parlamenti qane etməzsə, o nazirlər istefaya göndərilməlidir. Biz bu istiqamətdə qanunvericiliyi təkmilləşdirməliyik. Bu, həm Milli Məclisin rolunun, həm də dövlət orqanlarının məsuliyyətinin artırılmasına öz təsirini göstərmiş olar”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ