Parlament Boris Consona bir gündə iki dəfə “yox” dedi
Böyük Britaniyanın baş naziri Boris Conson Nümayəndələr Palatasında bir gün ərzində iki məğlubiyyətlə üzləşib.
APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, palata üzvləri “sərt Brexit” tərəfdarı olan baş nazirə Birləşmiş Krallığın Avropa İttifaqından Brüssellə razılaşma olmadan çıxmasını qadağan edən qanun layihəsini qəbul ediblər. Üstəlik, Boris Consonun növbədənkənar seçkilər keçirilməsi təklifi də qəbul olunmayıb.
Qanun layihəsi hökumət başçısı üzərinə parlament müvafiq sazişi oktyabrın ortalarına qədər təsdiqləməyəcəyi təqdirdə, “Brexit”in 31 oktyabr 2019-cu ildən 31 yanvar 2020-ci ilədək təxirə salınması barədə razılaşma əldə etmək öhdəliyi qoyur. Layihəni Lordlar Palatası da təsdiqləməlidir.
Boris Conson parlamentin iclasında bu layihəyə kəskin etiraz edib: “Mən bunu etməkdən imtina edirəm, cənab spiker! Artıq şübhə doğurmur ki, belə bir şəraitdə ölkə üçün bircə çıxış yolu var”.
Bundan sonra baş nazir Nümayəndələr Palatasına oktyabrın ortalarında növbədənkənar seçkilərin keçirilməsi təklifi ilə çıxış edib: “Qoy, ölkə müəyyənləşdirsin ki, oktyabrda bu məsələni həll etmək üçün Brüsselə kim gedəcək – mən, yoxsa müxalifət lideri Ceremi Korbin”.
Təklif müzakirəyə çıxarılıb, lakin leyboristlər səsvermədə, ümumiyyətlə, iştirak etməyiblər.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."