Parklanma üzrə yeni tarif müəyyənləşdirilir
Hökumət parklanma yerləri ilə əlaqədar tariflərin müəyyənləşdirilməsi üçün müvafiq sənəd üzərində iş aparır.
APA-nın əldə etdiyi məlumata görə, tariflərin paytaxt Bakı, eləcə də digər şəhər və rayonlar üzrə parklanma yerindən asılı olaraq müəyyən edilməsi nəzərdən keçirilir.
Qeyd edək ki, hazırda ölkədə parklanma yerləri ilə bağlı tariflər mövcud deyil.
Bakı Nəqliyyat Agentliyindən (BNA) APA-ya bildirilib ki, parklanma yerlərində qiymətlərin müəyyən edilməsi üçün BNA tərəfindən beynəlxalq təcrübəyə əsaslanan konsepsiya hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
BNA-dan o da bildirilib ki, hazırda Bakıda 15 min avtomobillik parklanma yeri müəyyənləşib.
Layihə yanvarın 25-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Yanvarın 24-dən isə artıq qanunsuz parklanmaya, eləcə də bunu təşkil edən “parkovşik”lərə qarşı yol polisi tərəfindən reydlərə başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov: Qarabağın inkişafına böyük diqqət ayrılıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü