Paltar və pərdə oğrusu mağaza da yardı - BAKIDA
Paytaxtda marketdən oğurluq edən şəxs saxlanılıb.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, oğurluq faktı Nəsimi rayonu ərazisində qeydə alınıb.
Mağazanın qapısını sındıraraq oradan 550 qutu müxtəlif növ tütün məmulatı və içərisində 1923 manat olan seyfi oğurlayan şəxs hadisə yerindən uzaqlaşıb.
Lakin bir müddət sonra Binəqədi ərazisində polis onu saxlayıb. Sabirabad rayon sakini İsmayılov Babək Əhəd oğlunun əlindəki siqaret qutuları şübhə yaradıb.
Daha sonra onun başqa əməlləri də ortaya çıxıb. Onun paytaxt ərazisində zivələrdən asılan paltar və pərdə oğurladığı da məlum olub.
Xatırladaq ki, Babək İsmayılovun mağazadan apardığı seyf də tapılıb və maddi sübut kimi götürülüb.
Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək