Pakistanın hərbi nümayəndə heyəti hərbi təhsil müəssisələrini ziyarət edib
Bakıda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini aviasiya marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, Pakistan nümayəndə heyətinə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərdə hərbi təhsil müəssisələrinin rolu, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, hərbi təhsil sistemində dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verilib.
Hərbi təhsil müəssisələrinin rəhbər heyətləri ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar