Özünü qazi kimi təqdim edən dilənçi belə ifşa edildi
Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxs həbs edilib.
APA TV xəbər verir ki, ötən gün Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı, əvvəllər 3 dəfə məhkum edilmiş 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov saxlanılıb.
Məlum olub ki, Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.
Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ümid Məmmədov barəsində materiallar toplanaraq məhkəməyə göndərilib.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ümid Məmmədov inzibati qaydada 30 sutka həbs edilib.
OXŞAR XƏBƏRLƏR
17:12
192
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
239
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
219
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1660
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
1967
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1222