Özünü öldürən məktəblini xilas etmək istəyən GÖMRÜKÇÜ HADİSƏSƏN DANIŞDI
Bakıda intihar edən məktəbli qızı xilas etməyə çalışan gömrük əməkdaşı Zahid Niyazov xəstəxanadan evə buraxılıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə o. özünün sosial şəbəkə hesabında bildirib. Zahid Niyazov xəstəxanada müalicə alarkən ona dəstək olan Dövlət Gömrük Komitəsinin rəhbərliyinə və şəxsi heyətə təşəkkür edib:
“Allahın salamı olsun hər kəsə. Məlum hadisə ilə bağlı bildirmək istəyirəm ki, səhhətim, şükür Allaha, yaxşıdır. Artıq ev şəraitində müalicəmi davam etdirirəm. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm və məyus oluram. Xumar balanın valideynlərinə başsağlığı verirəm, Allahdan o gözəl balamıza rəhmət diləyirəm. Məkanı cənnət olsun”.
Qeyd edək ki, mayın 3-ü paytaxtın Xətai rayonunda 17 yaşlı Xumar Babayeva yaşadıqları binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir