Özünü falçı kimi təqdim edib 2 milyonluq dələduzluq etdi
2 milyon manatlıq dələduzluqda təqsirli bilinən Ceyhun Zeynallı və Şəfəq İsmiyeva ilə bağlı hökmdən verilmiş şikayətlərə baxılıb.APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində 1 il ərzində baxılan iş üzrə yekun qərar elan olunub.Hakim Cavid Hüseynin sədrlik etdiyi hakimlər heyəti vəkillərin təqsirləndirilən şəxslərlə bağlı hökmün dəyişdirilməsi şikayətini təmin etməyib. Qərara əsasən apellyasiya şikayətləri rədd olunub.Qeyd edək ki, Şəfəq İsmiyeva “Instagram”da səhifə açaraq özünü Maya adlı falçı kimi təqdim edərək iki il ərzində zərərçəkmiş şəxsdən 1 milyon 998 min manat pul alıb. Sonradan dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb.Şəfəq İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törədib. O, məbləğin böyük hissəsi Ceyhuna Zeynallıya verilib.Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Ceyhun Zeynallı cinayətdə özünü təqsirli bilməyib, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva 10 il 6 ay azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
19:48
752
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
726
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
839
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
18:44
1231
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
1133
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
1351