Özünü binadan atmaq istəyən qadın belə xilas edildi - GÖRÜNTÜLƏR
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən unikal xilasetmə əməliyyatı həyata keçirilib.
Belə ki, günorta saatlarında Bakı şəhərinin Yasamal rayonu, Ə.Əhmədov küçəsində 1 nəfər qadın 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Bunu görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər Vətəndaşla psixoloji söhbət apararaq həm də binanın həyətində xilasetmə yastığı açmaqla zəruri təhlükəsizlik tədbirləri görüblər. Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən binanın digər istiqamətindəki 9-cu mərtəbənin eyvanından xüsusi alpinist ləvazimatlarından istifadə etməklə 6-cı mərtəbədə yerləşən eyvana enib, astaca mənzilə daxil olaraq anidən vətəndaşı tutub, onun intihara cəhdinin qarşısını alıblar.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib