Övladlığa verilən uşaqların sayı açıqlandı
APA TV-nin xəbərinə görə, Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən bu sahə ilə əlaqədar fərmanın nəzərdə tutuduğu öhdəlikləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
2021-ci ildə 110 uşaq övladlığa verilib ki, onlardan 57-si qız, 53-ü oğlandır. 63 uşaq yaxın qohum tərəfindən övladlığa götürülüb. Əcnəbilər tərəfindən övladlığa götürmə olmayıb.
Qeyd edək ki, bu il övladlığa verilən uşaqlardan 75-i 0-3 yaş, 27-si 4-11 yaş, 8-i isə 12-18 yaş arasında olub.
Müəssisədən övladlığa verilən 22 uşaqdan 17-si evli valideyn-namizəd, 5-i subay valideyn-namizədlər tərəfindən övladlığa götürülüb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı