Ovçu ömürlük şikəst qaldı - BALAKƏNDƏ
Balakəndə özünü güllələyən şəxsin qolu amputasiya edilib. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, avqustun 2-i axşam saatlarında rayonun Kortala kənd sakini, 1963-cü il təvəllüdlü Məhəmməd Hacıbəy oğlu Bayramov sol qolunun çoxsaylı qırma yaraları ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Həkimlər onun sol qolunu amputasiya edib. Xatırladaq ki, yaralı bir həmkəndlisi ilə son vaxtlar həyətlərə soxularaq sakinlərin təsərrüfatına ziyan vuran yırtıcı heyvanları məhv etmək üçün yaxınlıqdakı meşəlik əraziyə gedib. Ərazidə gəzərkən yıxılıb və əlində olan ov tüfəngi açılıb. Nəticədə Məhəmməd Bayramov ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
939
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
999
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
948
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
981
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
984
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
983