Ötmə əməliyyatını pozan sürücü qəza törədib - BAKIDA
APA TV-nin məlumatına görə, Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində, Əhməd Mehbalıyev küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Məlum olub ki, sürücü Rasim Ağayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə M.Fətəliyev küçəsinə dönürmüş, bu vaxt Ə.Mehbalıyev küçəsində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü də ötmə əməliyyatı edib. Nəticədə "Mercedes" dönən nəqliyyat vasitəsinə çırpılıb, daha sonra isə yol nişanı və ağaca dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
17:47
1388
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1266
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1271
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
938
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
899
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
914