Ötmə əməliyyatı edən sürücü niyə bıçaqlandı?
Şəmkirdə sürücülər arasında düşən mübahisə zamanı biri digərini qətlə yetirib. İlkin məlumata görə, mübahisə ötmə əməliyyatı səbəbindən baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Qədimqala kənd ərazisindən keçən hissəsində qeydə alınıb. 39-yaşlı Rasim Bağırov idarə etdiyi "TIR" markalı yük maşını ilə hərəkətdə olan zaman, Şəmkir rayon sakini, 33 yaşlı Samir Abdullayev "VAZ-21011" markalı avtomobillə ötmə əməliyyatı aparıb. Bu zaman qəza şəraiti yaranıb. Elə bundan sonra da mübahisə yaranıb. Bu zaman Samir Abdullayev qarın nahiyəsindən bıçaqlanıb. Samir Abdullayev hadisə yerində dünyasını dəyişib.
Əməkdaşlarım qətlə yetirilən Samir Abdullayevin yaşadığı Qədim Qala kəndində olublar. Qonşular mərhumun indiyə qədər heç kimlə dava etmədiyini, sakit təbiətli olduğunu bildiriblər.
Qeyd edək ki, mərhum ailəli olub və iki övladı var.
Keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini Rasim Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV Şəmkir
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ