Ötən həftə Çindən Avstraliyaya gələn turistdə virus aşkarlanıb
Ötən həftə Çindən Melburna gələn turistdə virus aşkarlanıb.
APA Tv-nin “Routers”ə istinadən verdiyi məlumata görə, virusdan ölənlərin sayı 41 nəfərə çatıb. Daha 1300 nəfərin bu virusa yoluxduğu bildirilir.
Çinin Mərkəzi Televiziyası xəbər verir ki, hazırda bu virusa yoluxmuş şəxslərlə əlaqə saxlayan 15 min nəfər müəyyənləşib. Onlar həkim nəzarəti altına alınıb.
Son olaraq Mərkəzi Çində yerləşən Uxan şəhərində 62 yaşlı həkim Lyan Udun koronavirusdan vəfat edib.
Ötən həftə Çindən Avstraliyanın Melburn şəhərinə gələn turistdə virus aşkarlanıb.
Avstraliyalı həkim Brendan Murfinin dediyinə görə, xəstənin halı şənbə günü pisləşdiyinə görə xəstəxanaya müraciət edib. Xəstə Melburna gələndə sağlam olub. Daha sonra onda xəstəliyin simptomları inkişaf edib.
Avstraliyanın Baş naziri Skott Morrison hökumətin bütün tədbirlər gördüyünu bildirib.
Malayziyada da üç nəfərdə virus aşkarlanıb. Bunlar da Çin vətəndaşlarıdır.
Mərkəzi Çində yerləşən Uxan şəhəri tamamilə təcrid olunub. Şəhərlə nəqliyyat əlaqəsi məhdudlaşdırılıb. Bazar günü isə avtomobil gəzintilərinə məhdudiyyətlər qüvvəyə minəcək.
Çin hakimiyyəti yerli həkimlərə kömək üçün bir qrup hərbi həkimi bölgəyə göndərib.
OXŞAR XƏBƏRLƏR
19:48
642
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
632
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
646
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
332
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
327
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
336