Örüşə gələn gəncə işgəncə verdilər - 3 MASKALI AXTARILIR

Lənkəranda 20 yaşlı gənc döyülüb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ləj kəndində qeydə alınıb. 20 yaşlı Pərviz Köçəriyev axşam saatlarında mal-qaranı gətirmək üçün örüşə gedib. Bir müddət sonra heyvanlar özləri qayıdıb. Oğluna zəng edən ataya cavab verən olmayıb.

Nigaran qalan valideyn dərhal örüş sahəsinə üz tutub. Evlərindən bir neçə km aralıda yerləşən sahədə Pərvizin paltarlarını görüb və ətrafı axtarmağa başlayıb:
Kanalın üstü ilə meşəyə tərəf getdim. Çağırdım, zarıltı səsləri gəldi. Gördüm dayayıblar kanalın içinə, əl-qolu bağlı oturub, tərpənə bilmir. Halsız idi, danışa bilmirdi. Boynuna qara köynəyini kəsib, bağlayıblar. Qalanını da saman saplarına bükmüşdülər, başını dizlərinə bağlamışdılar”.


Atası onun əl-ayağını açandan sonra təcili tibbi yardım xidmətinə məlumat verib. Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Pərviz Reanimasiya Şöbəsinə yerləşdirilib.

Kəllə-beyin travması alan gəncin huşu bir neçə saat sonra qayıdıb. Zərərçəkmiş 3 maskalı şəxs tərəfindən döyülüb. Atası heç kimlə ədavəti olmadıqlarını deyir:

Faktla bağlı cinayət işi açılıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR