Oruc tutanlar iftar menyularından şikayət etdilər
Artıq bir neçə gündür ki, Ramazan ayı girib. Əsasən də çalışan insanlar evdə yemək hazırlamağa vaxt tapmadığı üçün iftarda restoranlara üz tutur. Restoranlar da müxtəlif qiymətli menyular təklif edir. Bəs qiymətlər insanların cibinə nə dərəcədə uyğundur? Ümumiyyətlə qiymətlərdə fərqlər hiss olunurmu? Ramazan menyularının qiymətlərini öyrənmək üçün bir neçə restoranla əlaqə saxladıq. Məlum oldu ki, menyular həm tək nəfərlik, həm də 2-3 nəfərlikdir. Bir nəfər üçün təklif olunan menyular 15-25 manat, 2-3 nəfərlik menyular isə 30-50 manat aralığında dəyişir. Həmçinin o da bildirildi ki, yeməklər ayrı-ayrılıqda daha baha başa gəlir deyə iftar menyusu kimi təklif olunur. Restoran administratoru Vəfadar Osmanlı müştərilərin iddiasını təkzib edərək bildirdi ki, Ramazanla əlaqədar qiymətləri daha da ucuzlaşdırıblar. “Bizdə hazırda iftar menyularında qiymət adam başı 22 manatdır. İftar menyumuzda 3 cür şorba var, həmçinin salatlar, ana yeməklərimiz, soyuq qəlyənaltılar, qarnirlər və içəcəklər daxildir. Hazırda iftar menyumuz 40% endirimdədir. Buna səbəb Ramazan ayıdır, yəni Allahın xoş aylarından biridir, ona görə çalışırıq ki, insanların durumuna uyğun olsun”.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"