Orduya ayrılacaq vəsaitin miqdarı məlum oldu
“Dövlətimizin o cümlədən hökumətin birbaşa qarşısında duran əsas məsələlərdən biri ən vacibi ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi və onun daim lazım olan səviyyədə saxlanılmasıdır.”
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. O əlavə edib ki, gələn il büdcədən hərbçilərimizin sosial məişət və xidmət şəraitlərinin, eyni zamanda müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinin yaxşılaşdırılmasına 5.3 milyard manat ayrılacaq: “Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi onun müasir hərbi texnika və silah sursatla təchizatı və hərbçilərimizin sosial məişət və xidmət şəraitlərinin yaxşılaşdırılması hər zaman əsas xərc istiqamətlərində biri olacaqdır. Bu istiqamətdə gələn ilin büdcə xərclərinin 16 faiz həcmində vəsait nəzərdə tutulmuşdur. Rəqəm olaraq 5, 3 milyard manatdır”.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək