Ordumuzun hərbi texnikasına baxış keçirildi
Azərbaycan Ordusunun zirehli texnikasının vəziyyəti yoxlanılıb.
APA TV-nin Müdafiə Nazirliyinin mətbuatının xidmətinə istinadən məlumatına görə, Əlahiddə Ümumqoşun Orduda maddi-texniki təminat üzrə komandir müavinlərinin, zirehli tank xidməti və texniki nəzarət məntəqə rəislərinin cəlb edilməsi ilə məşğələ keçirilib.
Məşğələ zamanı hər növə məxsus zirehli tank texnikalarının avtomobil parkından çıxması və parka qayıtması, texnikalara göstərilən gündəlik texniki xidmətin ardıcıllığı və praktiki yerinə yetirilməsi nümayiş etdirilib.
Məşğələdə texnikalar parkdan çıxan zaman park növbətçisinin və texniki nəzarət buraxılış məntəqə rəisinin praktiki fəaliyyəti də öz əksini tapıb.
Müxtəlif təlim yerlərində icra olunan fəaliyyətlərdə əsas məqsəd məşğələyə cəlb olunmuş heyətin peşəkarlığının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi olub.
Bundan əlavə, istismarda olan avtomobil texnikalarının qış mövsümünə hazırlığı yoxlanılıb.
Ordu, birləşmə və hissələrə təhkim edilmiş müxtəlif markalı və təyinatlı minik avtomobillərinə, mikroavtobus və avtobuslara baxışın keçirilməsində əsas məqsəd avtomobil texnikalarının qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək olub.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."