Ordumuzun əsgəri FACİƏVİ şəkildə öldü
Azərbaycan Ordusunun hərbi qulluqçusunu elektrik cərəyanı vuraraq öldürüb.
Respublika Hərbi Prokurorluğundan APA TV-yə verilən xəbərə görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir
Paşinyanın qələbəsi: Səbəblər və mümkün NƏTİCƏLƏRİ
Nazir müavini: 200-dən çox təhlükəli mövzularda videoya məhdudiyyətlər qoyulub