Ordubadlıların şikayəti var: “içməyə su tapmırıq, torpaqlarımız yanır” – APA TV
Bir zamanların bol sulu Ordubadı indi bir ovuc suya həsrət qalıb. Rayonun Düylün kəndinin sakinləri susuzluqdan əziyyət çəkir. Uzun illərdir ki, içməli su problemi yaşanan kənddə artıq suvarma suyu tapmaq da müşkülə çevrilib. Hazırda kənddə çaylardan gələn su arxları da quruyub. Kəndində ərazisində yerləşən 3 gölün heç birində su yoxdur. Kəndin icra nümayəndəsi Araz Fərəcov artıq aidiyyəti qurumlara müraciət etdiklərini bildirib. Susuzluqdan əkinə yararlı olan 235 hektardan cəmi 48 hektar torpaq sahəsi əkilib. Vaxtilə mövcud olan 150 hektardan çox üzüm bağından indi cəmi 3 hektar qalıb. Susuzluğun törətdiyi fəsadlar nəticəsində 230 baş iribuynuzlu mal-qaradan cəmi 100 baş, 2000 baş xırdabuynuzlu heyvandan isə cəmi 750 baş heyvan qalıb.
OXŞAR XƏBƏRLƏR
16:23
646
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
675
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
16:21
610
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
17:19
1146
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
1102
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
1092